Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) tenderin nəticələrini elan edib.
Sumqayıt24 Fed.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Azcis” MMC olub. Qalib şirkətlə 3.074.276 manat məbləğində müqavilə imzalanıb. “Azcis” MMC Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzlərini elektriklə təchiz edəcək.