Sumqayıtda xidməti avtomobil qəzaya düşüb. Bu barədə 30 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Babək küçəsində, “SOCAR” yanacaqdoldurma məntəqəsinin yanında baş verib. Məhəllədən çıxan “Mercedes” əsas yol ilə hərəkət edən “Khazar” markalı maşına çarpılıb. Qəza xəsarətsiz ötüşüb.
Qeyd edək ki, “Khazar” Gigiyena və Epidemiologiya Mərkəzinə məxsusdur.