Regional külək axınlarının dəyişməsi Xəzər regionunda hava kütlələrinin daşınmasına və çirklənməyə təsir edir.
Sumqayit24.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) baş elmi işçisi Elnur Səfərov Bakıda WUF13 çərçivəsində keçirilən "Dayanıqlı şəhərlər üçün təmiz hava və yaşıl infrastruktur" tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, tədqiqatlar Xəzər dənizi üzərində hakim külək istiqamətlərinin dəyişdiyini göstərib.
"Şərq külək axınları şimal axınlarını sıxışdırmağa başlayıb", - o deyib.
E.Səfərov qeyd edib ki, Mərkəzi Asiyadan gələn hava kütlələri regiona daha fəal təsir göstərməyə başlayıb:
"Xəzər dənizinin səthi üzərində Mərkəzi Asiyadan daxil olan küləklər üstünlük təşkil etməyə başlayır".