Sumqayıtda konsert keçirilib. Sumqayıt24 bu haqda 19 aprel tarixində Regional Mədəniyyət İdarəsinə (RMİ) istinadən xəbər verir.
N. Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət Evinin təşkilatçılığı ilə “Etude” estrada qrupunun hesabat konserti baş tutub. Qrupun təqdimatında gənclər estrada ve pop janrında musiqilər dinləyiblər.