Sumqayıtda sex yanıb. Bu barədə 17 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Sözügedən köhnə mebel sexi İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşir. Hadisə yerinə FHN-in iki texnikası cəlb olunub. Alov dərhal söndürülüb.
Qatı tüstü səbəbindən bir qadın yüngül xəsarət alıb. Ərazidə olan ağaclar isə yanıb. [modula id="23336"]