top
Fərhad Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı
24 iyun 2026, 12:50
- ↺ +

Fərhad Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Abşeron Rayon Mərkəzi Xəstəxanası (RMX) haqqında bəzi qeydlərim olacaq. Yazıram ki, bu nüanslara diqqət yetirilsin, düzəldilsin. Onu da qeyd edim ki, hadisə 16:43–16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü, lakin hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi".

Sumqayit24.az xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev avtoqəza keçirərək həyatını itirən qızı ilə bağlı paylaşımında deyib.

"Birincisi, qızımın qəzaya düşdüyü yer Abşeron RMX-dən 300–400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün bir təcili tibbi yardım (TTY) maşını göndərilmədi. Camaat uşağa boyun korseti taxmadan hansısa taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz). Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi: TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə paralel saxlanılıb uşağa boyun korseti taxılmaqla xərəyə köçürülüb, sonra da dəmir jalüzlər üzərindən keçirilməklə xəstəxanaya çatdırıla bilərdi. Həmin o yardımçı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi. TTY işi belə qurulmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır. TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazım gələrsə intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.

İkincisi, uşağım külli miqdarda qan itirmişdi. Onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Sol bud sümüyündə açıq qırıq vardı, oradan nə qədər qan itirdiyini təsəvvür etmək olur. Lakin ona hər hansı qan köçürülmədi.

Mən anlayıram ki, Zəhranın aldığı zədələr çoxsaylı və ağır idi. Amma belə anlayıram ki, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.

Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan etsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər, çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini qeyd etmişdim".

Vəkil qeyd edib ki, TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır:

"Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki, həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradakı xidmətlərin düzgün qurulması ciddi əhəmiyyət daşıyır".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Bu gün, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Bu gün, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Bu gün, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Bu gün, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Bu gün, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Bu gün, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Bu gün, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Bu gün, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Bu gün, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Bu gün, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Bu gün, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
Dünən, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
Dünən, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Oxşar xəbərlər