Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi maarifləndirici tədbir keçirib.
Sumqayıt24 FHN-ə istinadən xəbər verir ki, tədbir 34 nömrəli körpələr evi-uşaq bağçasında baş tutub.
Seminarda FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssisləri də iştirak ediblər. Görüşün məqsədi baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbir zamanı suallar ətraflı cavablandırılıb.