top
FHN Sumqayıtdakı zavodda təlim keçirib
06 fevral 2026, 16:40
- ↺ +

FHN Sumqayıtdakı zavodda təlim keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"SOCAR Polymer"in Sumqayıt şəhərində yerləşən Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodunun ərazisində "Açıq texnoloji qurğularda yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirilib.

Sumqayit24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd qaz məhsulları saxlanılan çənlərdə və açıq texnoloji qurğularda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi, həmçinin xilasetmə işlərinin təşkili üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin tabeli hissə və bölmələri ilə yanaşı, Sumqayıt Regional Mərkəzi, Sumqayıt Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şəxsi heyət və texnikası cəlb olunub.

Təlim zamanı Polipropilen və Yüksəksıxlıqlı Polietilen zavodunda baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in yanğın-xilasetmə qüvvələri tərəfindən işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması və "yanğının söndürülməsi", "yaralıların xilas edilməsi" əməliyyatları yerinə yetirilib.

Sonda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, təlimə FHN-in ümumilikdə 7 ədəd texnika və 52 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər