Sumqayıtda Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Sumqayıt24 bu barədə 20 dekabr tarixində məlumat verir.
Konsert Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbində təşkil olunub. Burada dahi bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Konsertdə fortepiano şöbəsinin müəllim və şagirdləri fəal iştirak edərək bir-birindən rəngarəng ifaları ilə tədbir iştirakçılarına yüksək əhvali-ruhiyyə bəxş ediblər.