Saray qəsəbəsində əcnəbi vətəndaşın meyiti tapılıb. Sumqayıt24 bu barədə 21 sentyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Məlumata görə, ölkəmizdə müvəqqəti yaşayan Filippin vətəndaşı, 71 yaşlı Entoni Tonqolun cansız bədəni qəsəbədə qaldığı mənzilin hamam otağında aşkar olunub.
Araşdırma aparılır.