Sumqayıtlı fortepianoçular da “Ümid 2023” adlı müsabiqəyə qatılıblar. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yetirmələri - 2-ci sinif şagirdi Dəniz Əlizadə Laureat, 5-ci sinif şagirdi Banu Əliyeva Laureat, 4-cü sinif şagirdi İbrahim Allahverdiyev III yer və diplom, 2-ci sinif şagirdi Ayşən Nurizadə diplom və Laureat adını qazanıblar.
Şagirdləri müsabiqəyə Rəna Salayeva və Nigar Məmmədova hazırlayıblar.