Sentyabr ayına olan hava proqnozu açıqlanıb.
Sumqayıt24 Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr havanın temperaturu 18-23 dərəcə, gündüzlər 24-29 dərəcə, bəzi günlərdə isə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.