Sumqayıtda iməcilik keçirilib. Sumqayıt24 bu haqda 16 avqust tarixində xəbər verir.
Təmizlik aksiyası Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən Səməd Vurğun küçəsində təşkil edilib. Gənclərdən ibarət dəstələr ətrafa səpilən siqaret qutuları, butulka və digər tullantıları torbalara yığıb ərazidən daşıyıblar.