Sumqayıtda film sessiyası keçiriləcək.
Sumqayıt24 xəbər verir ki, tədbir Sağlam Düşüncə Gənclər Təşkilatının türk könüllüləri tərəfindən təşkil olunacaq. Gənclər film izləməklə yanaşı, həddindən artıq istehlak, təbiətin məhvi və gələcəkdə texnologiyanın bizə təsir edəcək zərərləri ilə tanış olacaq, müzakirələr aparacaqlar.
Sessiya 23 avqust saat 15:00-da Sumqayıt Gənclər evində baş tutacaq. Qeydiyyat vacibdir. Ətraflı məlumat üçün əlaqə nömrəsi: (055) 823-72-90.