Sumqayıtda tanınmış marketdə müştəri hüquqlarının pozulması faktı qeydə alınıb. Sumqayıt24 bu barədə 15 oktyabr tarixində “Elin sözü”nə istinadən xəbər verir.
Söhbət “Gold Qayalı” marketindən gedir. Məlumata asasən, alıcı üzərinə diqqət etmədən iki adda: "Zefir Sloyka" və "Elekber Paxlava" çəki ilə satılan şirniyyat məmulatı əldə edib. Müştəri məhsulları istifadə edəndə spesifik köhnə tam hiss edib. Alıcı ərzaqların üzərində məhsul haqqında məlumat axtardıqda isə nə istehsal, nə bitmə tarixi, nə də ki istehsalçı haqqında məlumat aşkar edə bilməyib. Həmçinin mağazanın təqdim etdiyi satış çekinin üzərində QR-kod və fiskal ID də əks olunmayıb.
[modula id="25144"]