Sumqayıtda polietilen istehsalı sexində yanğın baş verib. Sumqayıt24 bu barədə 29 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə şəhərin H.Z. Tağıyev qəsəbəsində qeydə alınıb. Sexin 200 kv.m sahəsi olan bir bölümündə taxta atmalar 20 kv.m sahədə, 1 ədəd əritmə qurğusu və divara quraşdırılan elektrik lövhəsi yanıb. Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.