AQTA qida müəssisəsində yoxlama aparıb. Bu barədə agentliyə istinadən xəbər veririk.
Monitorinq zamanı H.Z. Tağıyev qəsəbəsi, Bakı-Quba yolunda yerləşən “Elmar-94” MMC istehsal obyektində sanitar norma və qaydaların pozulmasına dair nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.