Sabaha olan hava proqnozu açıqlanıb. Sumqayıt24 bu haqda 13 avqust tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Sumqayıtda avqustun 14-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.