Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Sumqayıt24 xəbər verir ki, avqustun 27-də Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Temperatur gecə 20-24°, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 760 mm-ə yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz isə 40-50% təşkil edəcək.