Hazırda Bakıda və Abşeron yarımadasında qarlı və şaxtalı hava şəraiti davam edir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Havanın minimal temperaturu 4 dərəcəyədək şaxta qeydə alınıb. Qar örtüyünün hündürlüyü 10 sm-dir. Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti 21 m/s-dək güclənib.