Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində xəbər verir.
Qəza şəhərin Z.Hacıyev küçəsində, Heydər parkının yanında qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan “VAZ-21011” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “VAZ” zərbənin təsirindən yol kənarındakı ağaca çarpılıb.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.