Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində deputatlığa namizədlə görüş keçirilib.
Sumqayıt24 xəbər verir ki, görüş Milli Məclisə sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində baş tutub. Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülən Hicran Hüseynova səhiyyə sahəsində çalışan seçicilərlə görüşüb.
Tədbir zamanı YAP-ın seçki platforması geniş şəkildə təqdim edilib. Həmçinin, ölkəmizdə tibb işçilərinə göstərilən diqqətin əhəmiyyəti xüsusi olaraq vurğulanılıb.