Sumqayıt şəhər 67 saylı bağçada şənlik keçirilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Tədbir 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunub. İcra başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva uşaqları və bağça kollektivini təbrik edib, onlara sağlamlıq, xoşbəxtlik və səadət arzulayıblar. Daha sonra musiqili kompozisiya təqdim olunub, şeir və mahnılar səsləndirilib.
Şənliyin sonunda uşaqlara yeni il hədiyyələri təqdim edilib.