Sumqayıtda “İnsan alverinə yox deyək” adlı maarifləndirici görüş keçirilib. Bu haqda 6 may tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar keçirilən tədbir S.Vurğun adına Mərkəzi Kitabxananın və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Görüşdə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak edib. Çıxış edənlər uşaqların hüquqi maariflənməsinin vacibliyindən, dünyada gedən insan alveri ilə mübarizənin mənzərəsindən danışıblar.
Yeniyetmələri maraqlandıran suallara ətraflı cavab verilib. Tədbir xatirə şəkli çəkilərək yekunlaşıb.