Zavodda iş zamanı yanan fəhlədən xəbər var. Sumqayıt24 bu haqda 15 iyul tarixində Apa.az-a istinadən məlumat verir.
36 yaşlı Hamlet Şiriyev Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona bədən səthinin 60-65% yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu qoyulub. Hazırda vəziyyəti ağırdır.