Qida təhlükəsizliyi müfəttişləri Sumqayıtda fəaliyyət göstərən qida obyektində plandankənar yoxlama aparıblar. Bu haqda 19 avqust tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
C. Cabbarlı küçəsi, 91 ünvanında yerləşən “İstanbul” un məmulatları müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, həmçinin istehsal sahəsində xammal məhsullarının markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi məlum olub və istifadə müddəti bitmiş məhsullar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri fiziki şəxs Nugzariyə Mamedova barəsində inzibati qərar qəbul edilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.