Sumqayıtda utilizasiya prosesi həyata keçirilib. Bu haqda 5 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
“Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 60.18 ton istehlaka yararsız müxtəlif növ süd məhsulları məhv edilib.