Sumqayıt Dövlət Universitetində (SDU) “Gələcək mühəndislər” layihəsi çərçivəsində təlimlər təşkil olunub. Bu haqda 17 iyul tarixində Sumqayıt24 xəbər verir.
Seminarlar “Azertexnolayn” MMC-nin Polad boru zavodunun istehsal müdiri Əhəd Şəfiyev, “PAŞA Property Management” şirkətinin layihə rəhbəri Toğrul Muxtarov tərəfindən keçirilib.
Spikerlər “Sənayedə avtomatlaşdırılmanın üstünlükləri” mövzusundan danışıblar, PLC (Proqramlaşdırılan məntiqi kontroller) haqqında ümumi məlumat veriblər. Onlar öz təcrübələrini tələbələrlə bölüşərək, bu sahədə karyera imkanlarından danışıblar.
Sonda praktiki tapşırıqlar qrup işi formasında yerinə yetirilib, iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.