İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 27 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23°, gündüz 25-29° isti olacaq.