Birinci Qarabağ müharibəsində itkin sayılan şəhid Rəhim Rəsulovla vida mərasimi keçirilib. Sumqayıt24 bu haqda 19 iyul tarixində Report.az-a istinadən xəbər verir.
Onun nəşinin qalıqları Sumqayıtda ailəsinə təhvil verilib və Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rəhim Əlyar oğlu Rəsulov 19 dekabr 1967-ci ildə anadan olub. O, 28 dekabr 1991-ci ildə Kərkicahan kəndində itkin düşüb.