Novxanıda "KİA" markalı avtomobildə yanğın olub. Sumqayıt24 bu haqda 4 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə 3 may axşam saatlarında baş verib. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Onlar tərəfindən alovun qarşısı alınıb, yaxınlıqdakı ev mühafizə olunub.
Yanğında 1 nəfər xəsarət alıb, minik avtomobilinin isə müxtəlif hissələri yararsız hala düşüb.