Sumqayıtda növbəti əmək yarmarkası keçiriləcək. Sumqayıt24 bu haqda 15 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Məşğulluq filialı tərəfindən 17 iyul saat 11:00-13:00 arası “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunacaq.
Yarmarkaya gələn namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. CV nümunələri ilə gəlmək arzuolunandır.