Sumqayıtda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda 30 iyul tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə Kimyaçılar qəsəbəsində baş verib. Polis əməkdaşları tərəfindən O.İsmayılov saxlanılıb. O, avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinir.
Fakt araşdırılır.