top
Kirayə mənzillərdə qiymət artımı avqust-sentyabr aylarında müşahidə olunacaq - Ekspert
06 iyun 2026, 13:57
- ↺ +

"Kirayə mənzillərdə qiymət artımı avqust-sentyabr aylarında müşahidə olunacaq" - Ekspert

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Yay mövsümündə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təhsil alan tələbələrin geri dönüşü ilə kirayə mənzil fondunda müəyyən boşalmalar yaranır və bu, qiymətlərin nisbətən sabitləşməsinə səbəb olur".

Mövzu ilə bağlı danışan əmlak eksperti Elnur Azadov bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar olaraq Bakının kirayə mənzil bazarında hər il müəyyən canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələnlər, turist axınının artması və tələbələrin yerləşmə axtarışları bazarda qiymətlərə təsir göstərən amillər sırasında göstərilir.

"İstirahət məqsədilə kirayəyə verilən bağ evləri seqmentində isə vəziyyət fərqlidir. Abşeron yarımadasında və Bakı ətrafında yerləşən bağ evlərinə maraq iyunun 15-20-dən sonra artmağa başlayır. Hazırda ev sahibləri bazarı qiymətləndirir və əmlaklarını ilkin mərhələdə daha yüksək qiymətlərlə təklif edirlər. Lakin iyunun ikinci yarısında bazarın real tələbi formalaşdıqca, qiymətlər də daha dəqiq müəyyənləşir".

Ekspert həmçinin vurğulayıb ki, bu il bazarda müəyyən fərqliliklər ola bilər:

"Çünki Ərəb körfəzi ölkələrindən turist axınında azalmalar müşahidə olunur. Bununla belə, Rusiya və digər ölkələrdən gələn turistlərin sayında artım ola bilər. Hazırda bu barədə dəqiq proqnoz vermək çətindir. Bazar hələ formalaşma mərhələsindədir və kirayə verənlər tələbin səviyyəsini müəyyənləşdirməyə çalışırlar.

Şəhərin mərkəzi hissəsində, xüsusilə sutkalıq kirayə mənzillərə tələbat daha yüksəkdir. Subarenda məqsədilə istifadə olunan bir və ikiotaqlı mənzillərin tapılması əvvəlki illərlə müqayisədə çətinləşib. Bunun əsas səbəblərindən biri şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində həyata keçirilən söküntü işləridir".

E.Azadov onu da əlavə edib ki, pilot layihələr çərçivəsində köhnə yaşayış fondunun bir hissəsi dövriyyədən çıxır:

"Nəticədə münasib qiymətə təklif olunan mənzillərin sayı azalır. Onların yerində inşa edilən yeni yaşayış binalarında isə mənzillər daha yüksək qiymətlərlə bazara çıxarılır. Bu da kirayə qiymətlərinə təsirsiz ötüşmür.

Hesab edirəm ki, kirayə mənzil bazarında əsas qiymət artımı ənənəvi olaraq avqust-sentyabr aylarında müşahidə olunacaq".

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Oxşar xəbərlər