Sumqayıtda baş vermiş yanğının şok təfərrüatları yayılıb. Bu barədə 10 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında “Qurd dərəsi” massivində yerləşən, bir damın altında tikilmiş obyektlərin 30 kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb. Həmin obyektlər 77 yaşlı Elman Doluxanova məxsusdur.
O, ifadəsində yanğının öz oğlu - 51 yaşlı Kalif Doluxanov tərəfindən törədildiyini qeyd edib. Nəzarət kameralarına baxış keçirilərkən deyilənlər təsdiqini tapıb.
Məsələ ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə göndərilib.