Sumqayıtda "Şuşa ili" ilə əlaqədar dəyirmi masa keçirilib. Sumqayıt24 bu barədə 28 sentyabr tarixində xəbər verir.
"Vətən qeyrət qalasıdır" adlı tədbir Nizami Gəncəvi adına Kitabxana Klubunda baş tutub. Burada 24 nömrəli məktəbin şagirdləri iştirak ediblər. Əvvəlcə kitabxananın əməkdaşı Səadət Allahverdiyeva çıxış edərək Şuşanın tarixindən bəhs edib. Sonra şagirdlər Şuşanın qəhrəman oğulları, “Şuşa musiqi beşiyidir”, “Şuşa qalasının tarixi” başlıqlı məruzələrlə çıxış ediblər. Sonda iştirakçılara "Şuşa - Qarabağın mirvarisi" və "Şuşa inciləri" sərgiləri nümayiş olunub və haqlarında məlumat verilib.