Sumqayıtda sahibkarlar üçün “Biznesə başla” mövzusunda təlim təşkil olunacaq. Bu barədə 8 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər veririk.
KOBİM eksperti Əli Şükürlü tərəfindən keçirilən təlim sentyabrın 15-i saat 11:00-da baş tutacaq. İştirak ödənişsizdir.
Əlaqə nömrəsi: (055) 209 30 75.
Ünvan: Heydər Əliyev prospekti, 36-cı məhəllə (Mərkəz Plaza, 5-ci mərtəbə).