Sumqayıtda fəaliyyət göstərən bəzi sərnişin avtobuslarının istismar müddəti bitib. Bu haqda 5 avqust tarixində Sumqayıt24 Xezerxeber.az-a istinadən məlumat verir.
Şəhərin mərkəzindən təxminən 10 istiqamətdə hərəkət edən marşrut avtobusları 30 ilə yaxındır ki, sərnişin daşıyır. Kondisioner sisteminin olmaması da sərnişinlərin narazılığına səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı şirkətlər müsabiqəyə çıxarılacaq və bundan sonra köhnə avtobusların yeniləri ilə əvəzlənməsi prosesinə start veriləcək.