Azərbaycanda mişardaşının qiyməti kəskin bahalaşıb.
Qaynarinfo.az xəbər verir ki, bununla bağlı əmlak eksperti Elnur Əsədov məlumat verib. Ekspert bildirib ki, mişar daşının qiyməti 10-15% bahalaşıb:
"Bunun səbəbi karxanaların fəaliyyəti ilə əlaqədardır. Karxanaların sayı azalıb. Məhdudiyyətlər var".
Xatırladaq ki, mişardaşının bir ədədinin qiyməti 45 qəpik idi, hazırda isə 60 qəpiyə təklif olunur.