Sumqayit24.az-ın məlumatına görə, müsabiqə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarında güclü leysan yağışları və yaranmış sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlıdır.
Satınalmanın ehtimal olunan dəyəri 13 milyon 377 min 241,18 manat təşkil edir. Tender üzrə müsabiqə 31 iyul tarixinədək davam edəcək.