Sumqayıtda 1 şəxs liftdə köməksiz vəziyyətdə qalıb. Bu haqda 31 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Çağırış üzrə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşa köməklik göstərilib.