Sumqayıtda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub. Bu barədə 26 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Mədəniyyət işçiləri şəhid Vüsal Allahverdiyevin ailəsi ilə görüşüblər. Kollektiv öncə şəhidin məzarına gül dəstələri qoyub, yaşadığı binanın önündə şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün qoyulan baralyefi ziyarət ediblər. Ziyarət zamanı şəhidin xoş xatirələrindən danışılıb, ailəyə maddi və mənəvi dəstək göstərilib.
Görüş Qubadlı Rayon MİHİK-nin sədri Yaqub Vəliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib.