Məktəblərdə oyuncaq formalı narkotik həblərin məktəblilər arasında naməlum şəxslər tərəfindən yayıldığı ilə bağlı sosial şəbəkələrdə qeyri-rəsmi məlumatlar və fotolar yayılıb.
İddiaların dəqiqliyini öyrənmək üçün AzEdu.az Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirildi ki, sözügedən foto Azərbaycana aid deyil:
"Yayılan fotonun Azərbaycanda olması iddiaları həqiqəti əks etdirmir."