Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları şagirdlərə “Heydər Əliyev siyasətinin Azərbaycan qadınlarının inkişafında rolu” adlı elmi-praktik seminar keçiriblər. Bu haqda 9 mart tarixində Sumqayıt24 xəbər verir.
"Heydər Əliyev irsini öyrənirik" adlı səyyar ekskursiya layihəsi çərçivəsində keçirilən tədbir 23 nömrəli tam orta məktəbdə baş tutub. Mərkəzin təşkil etdiyi seminarda ümummilli liderin həyatı, siyasi fəaliyyəti, qadınlarla bağlı yürütdüyü siyasət və müxtəlif mövzular haqqında müzakirələr aparılıb. Sonda məktəblilərin sualları cavablandırılıb.