Nizami Gəncəvi adına Kitabxana klubunda "Uşaqlar və yeni texnologiyalar" adlı oxucu konfransı baş tutub. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Mədəniyyət Xəbərlərinə istinadən xəbər verir.
"Elm və texnologiya" ili ilə əlaqədar təşkil olunan tədbirdə Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Kitabxananın mütəxəssisi Səadət Allahverdiyeva sürətlə inkişaf edən müasir texnologiyalardan, onların uşaq və yeniyetmələrin həyatına təsirlərindən danışıb. Oxucular "Elm və texnika sahəsində ölkələrin beynəlxalq münasibətləri", "Gənc alimlər", "Elm və texnika yenilikləri", "Elm və texnika potensialı əsas inkişaf meyarı kimi" mövzularında çıxış ediblər.
Sonda iştirakçılar mövzu ilə bağlı təşkil olunan sərgi ilə tanış olublar.