Ceyranbatan qəsəbəsində vətəndaş mənzildə köməksiz qalıb. Sumqayıt24 bu barədə 25 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-nin "112" qaynar xəttinə sakinin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunublar. Əməkdaşlar tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.