Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Sumqayıt24 bu barədə 10 oktyabr tarixində Afsa.gov.az-a istinadən xəbər verir.
Agentlik əməkdaşları tərəfindən Sumqayıtda qida sahəsində fəaliyyət göstərən ticarət müəssisələrində yoxlama keçirilib. Nəticədə “Bərəkət” (43-cü məhəllə) və “Diana” (9-cu mikrorayon) marketlərdə qanun pozuntuları aşkarlanıb.
Nöqsanlar obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı idi. Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.