Sumqayıtda sakinlər avtobuslarda yaranan sıxlıqdan narazıdırlar. Bu barədə Sumqayıt24-ə 19 oktyabr tarixində izləyicilərdən məlumat daxil olub.
Söhbət 3, 5, 17 və 30 nömrəli marşrut avtobuslarından gedir. Avtobuslar arasındakı intervalın böyük olması sakinlərə çətinlik yaradır. Bu hal uzun müddət davam edir.
“Yarım saat, bəzən daha çox vaxt avtobus gözləyirik. Marşrut gəldikdə isə avtobusa sərnişinlərin çoxluğundan daxil olmaq mümkün olmur. Məcbur qalıb növbətisini gözləməli oluruq. Məktəb başlayandan sonra vəziyyət daha da çətinləşib. Üstəlik qarşıdan qış fəsli gəlir”, - deyə sakinlər bildiriblər.