Sumqayıtda Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, 15.06.2026-cı il tarixindən Sumqayıt şəhərində yerləşən 2 saylı "ASAN xidmət" mərkəzində (Ünvan: Sumqayıt şəhəri, Bulvar küçəsi, 66) Mərkəzi Bank tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcəkdir. Bu yanaşma qəbul prosesində vaxt itkisinin azaldılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün Mərkəzi Bankın "966" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.