Sumqayıtda “Milli-mənəvi dəyərlər və müasirlik” adlı tədbir keçirilib. Bu barədə 19 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Görüş S. Vurğun adına Mərkəzi Kitabxanada təşkil olunub. Burada Mərkəzi Kitabxananın oxucuları və Gənclər evinin könüllüləri iştirak ediblər.
Çıxış edən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin sədri Zemfira Mustafayeva milli-mənəvi dəyərlərimizin əhəmiyyətindən danışıb. Gənc nəsli bu ruhda tərbiyələndirməli olduğumuzu vurğulayıb. Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova isə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı olan ailədən bəhs edib.